Bu gün Avropada təbii qazın qiyməti 750 dollara qədər ucuzlaşıb.
Bizim.Media xəbər verir ki, İCE birjasının məlumatına görə, səhər saatlarında 850 dollardan baha satılan qaz günorta saatlarına qədər 100 dollar məbləğində ucuzlaşıb.
Dekabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 750 dollara düşüb.
Bu dəfə də Avropa qazının ucuzlaşmasına Rusiyadan gələn mesajların səbəb olduğu bildirilir.
Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropaya qaz tədarükünü artırmaq planlarının dəyişməməsi ilə bağlı açıqlama verib.
Xatırladaq ki, keçən həftə Rusiya prezidenti Vladimir Putin “Qazprom”u Avropa anbarlarında qazın həcmini artırmağa çağırmışdı ki, bundan sonra dərhal qazın qiyməti 1008 dollara düşmüşdü.
Xatirə, Bizim.Media