Mərkəzi Bank dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracaq
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur. Bizim proqnozlarımıza görə, bəzi amillərin təsiri altında ilin sonunadək pul bazasında artım ola bilər. Ənənəvi olaraq ilin 4-cü rübündə, xüsuilə dekabr ayında əlavə pul kütləsi yaranır. Əlavə pul kütləsi olarsa onu sterilizasiya edəcəyik. Artıq lazımi göstərişlər verilmişdir. Bu istiqamətdə Mərkəzi Bankın kifayət qədər alətlər arsenalı var. Biz bu alətlərdən istifadə edərək dövriyyəyə əlavə pulun çıxmasını bir qədər məhdudlaşdıracağıq”.
Mərkəzi Bankın sədri qeyd edib ki, bu ilin yayınadək Mərkəzi Bank yumşaq pul siyasəti həyata keçirib, faizləri aşağı salıb, nəticədə də iqtisadiyyat canlanıb, məşğulluq artıb.
Sentyabr ayından başlayaraq faizlərin artırılması və digər sərt siyasətlər inflyasiya təzyiqinin azaldılmasına xidmət edir: “Biz müşahidə edirik ki, iqtisadi fəallığın və məşğulluğun artması öz potensial imkanlarına çatmaqdadır. Belə bir vəziyyətdə monetar siyasətin bir az sərtləşdirilməsi iqtisadi inkişaf üçün təhlükə yaratmır”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:09 / 02.11.2021
Mərkəzi Bank dövriyyəyə çıxarılan pulun həcmini məhdudlaşdırır – Elman Rüstəmov
Hazırda oxunan: Mərkəzi Bank dövriyyəyə çıxarılan pulun həcmini məhdudlaşdırır – Elman Rüstəmov
Hazırda oxunan: Mərkəzi Bank dövriyyəyə çıxarılan pulun həcmini məhdudlaşdırır – Elman Rüstəmov
44330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.