Azərbaycan istehsalı olan avtomobillər Ukraynada satışa çıxarıldı - FOTO

Hazırda oxunan: Azərbaycan istehsalı olan avtomobillər Ukraynada satışa çıxarıldı - FOTO

44325

Ukrayna İranın “Iran Khodro” şirkəti ilə birgə Azərbaycanın Neftçala rayonunda istehsal olunan “Khazar” (“Xəzər”) markalı avtomobillərin tədarükünə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “autoconsulting.com.ua” saytında yerləşdirilib.

Mənbə yazır ki, Azərbaycan istehsalçısı Ukraynaya ixrac üçün iki modeli hədəfləyib: Khazar LX və Khazar SD. 

Birincisi, əvvəllər Ukraynada kifayət qədər məşhur olan və uzun müddət İranın “Khodro” şirkəti tərəfindən istehsal olunan Saman avtomobilidir. Samand daha əvvəl Ukraynada satılıb və onun fərqli xüsusiyyəti 180 mm-dən aşağı yüksək klirensidir. O, 1,6 litrlik 113 at gücünə malik benzin mühərriki ilə təchiz edilib.
 

“Khazar SD” modeli isə İran istehsalçısı “Dena” şirkətinin daha yeni modelidir. Onun satışına cəhdlər edilsə də, Ukraynada populyarlıq qazanmayıb. 


O, eyni 113 at gücünə malik 1,6 litrlik benzin mühərriki ilə çalışır, lakin daha müasir dizayna, hətta LED gündüz işıqlarına sahibdir.

Hələlik Azərbaycan istehsalçısının Ukraynadakı nümayəndələri satış planlarını açıqlamasalar da, ilk avtomobillər artıq ölkəyə gətirilib və hətta sertifikatlaşdırmadan keçib.

Qiymət siyasəti isə hələ ictimaiyyətə açıqlanmayıb.

Güman etmək olar ki, “Khazar” büdcəli avtomobillər seqmentində təqdim olunacaq və Zaporojinin “ZAZ” zavodunda yığılan Rusiyanın “Lada” avtomobili ilə rəqabət aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin