Boris Consonun ulu nənəsi Hanife Feride 13 yaşında türk tacirinə satılıb? - DETALLAR

Hazırda oxunan: Boris Consonun ulu nənəsi Hanife Feride 13 yaşında türk tacirinə satılıb? - DETALLAR

44308

Böyük Britaniyanın Baş naziri Boris Consonun ulu nənəsi Çərkəz soyqırımı zamanı türk tacirinə kölə olaraq satılıb.

Bizim.Media xəbər verir ki, bu haqda baş nazirinin bacısı, jurnalist Reyçel bildirib.

Böyük Britaniyanın baş nazirinin 56 yaşlı bacısı ulu nənəsi Hanife Feridenin İstanbulda 43 yaşlı Əhməd Həmdiyə satıldığı zaman 13 yaşında olduğunu açıqlayıb. O, həmin hadisənin ailəsinin bugünkü uğura çatmasına kömək etdiyini və bunun ailəyə daha çox uğur gətirdiyinə inadığını bildirib.

Ulu nənəsinin atası tərəfindən İstanbulda varlı bir tacirə satıldığını bildirən Reyçel çərkəz ailənin qızını kasıb bir kənddə qalmaqdansa, İstanbulda zəngin bir tacirə ərə verilməsi fikrini dəstəkləyib.

Boris Conson açıqlamasında buna üzülmədiyini və Türkiyəni çox sevdiyini bildirib.

Qeyd edək ki, Boris Conson və  bacısı Reyçel Conson qətlə yetirilən Osmanlı İmperiyasının sonuncu Daxili İşlər naziri  Əli Kamalın nəvəsi Stenli Consonun oğludur (modern.az).

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin