Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Hazırda oxunan: Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

0:00
0:00
44280

Bu gündən başlayaraq noyabrın 5-dək İqtisadiyyat naziri, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində səfərdə olacaq.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək.

Nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin