Noyabr ayında Azərbaycanda nələr baş verib? – Böyük Zəfərə qədər gələn YOL

Hazırda oxunan: Noyabr ayında Azərbaycanda nələr baş verib? – Böyük Zəfərə qədər gələn YOL

44261

Əvvəlcə onu deyək ki, 7 noyabr tarxi “Böyük Oktyabr İnqilabı” günüdür. 2011-ci ildə bu tarix bayram günü kimi yenidən təqvimə salınıb. Yazıya bu tarixlə başlamağa səbəb Azərbaycanın 70 il SSRİ əsarətində olması və ilk müstəqil respubliklamızın da, məhz sovet ittifaqı tərəfindən işğal olunmasıdır. Yeri gəlmişkən, 1918-ci ilin 7 noyabr ADR-də Hərbi Nazirliyin yaranma günüdür. Təəssüf ki, qurum bolşevik hücumundan müdafiə gücündə olmayıb.

Bizim.Media olaraq bu yazıda noyabrda doğulan tanınmışlar Tahir Salahov, Emin Sabitoğlu, əfsanəvi partizan Mehdi Hüseynzadə, Seyid Şuşinski, Əliağa Ağayev, Tofiq Quliyev və başqalarından bəhs etməyəcəyik.

6 noyabr Azərbaycan televiziya və radio işçiləri peşə bayramıdır.

⦁  7 noyabr 1949-cu ildə Abşeron yarımadasında «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub.

⦁  1967-ci il 8 noyabrda Bakı metrosu fəaliyyətə başlayıb.

⦁  1914-cü il 9 noyabrda Cənubi Azərbaycan azadlıq hərəkatının görkəmli xadimi Səttarxan vəfat edib.

⦁  1724-cü il noyabrın 10-da Pyotr rusların Xəzəryanı ölkələrdə yerləşdirilməsi barədə fərman verib.

⦁  12 noyabr 1995 - Azərbaycanda ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib.

⦁  15 noyabr 1919-cu ildə Bakı Dövlət Universiteti yaradılıb. 

⦁  17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür.

⦁  21 noyabr 1949-cu ildə Sumqayıtın təməli qoyulub.

⦁  1992-ci ilin 21 noyabrında Naxçıvanda YAP  təsis edilib.

⦁  2007-ci ildə noyabrın 22-si Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin təməlatma mərasimi keçirilib.

⦁  24 noyabr 2006-cı ildə Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Əlbəttə ki, noyabrda Azərbaycanda baş verənlərlə bağlı Şah Abbasın İrəvan qalasını mühasirəyə alması, Səfəvi və Osmanlı imperiyaları arasında Süfyan döyüşü, Azərbaycanın müxtəlif ölkələrlə diplomatik əlaqələrinin qurulması, Bakıdakı 2000-ci il 25 noyabr zəlzələsi, 1744-cü ildə Nadir şahın Şəkiyə yürüşü, Məhəmməd Əmin Rəsulzadənin parlamentlə bağlı xalqa 1918-ci il müraciətini də xatırlatmaq olar.

Bununla yanaşı, 1990-cı il noyabrın 29-da Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verilib. 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul olunub. 

1991-ci il 20 noyabrında ermənilər Qarakənd faciəsini törədiblər.

Erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev öldürülüb. Ümumilikdə qəza nəticəsində 22 nəfər həyatını itirib.

Nəhayət, 2020-ci il:

1. Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan piyadalarının Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı. 

2. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya az miqdarda yardım gələcəkdi. Yəni Həkəri çayı üzərindəki açar körpü dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini bilən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı - səksən müxbir döyüş bölgəsində qaldı. 

3. Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinə cavabdehlik daşıyan hissə komandiri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kərəmyanın şəhəri tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Ordunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər. Azərbaycanən xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar.

4. Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan müşahidə etmək qabiliyyətini, eləcə də hava zərbə qurğularından istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – “T-72” tanklarından və “BMP-2” piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi. 

5. Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya - yaxın məsafədən aparılırdı. 

6. Noyabrın 8-i səhər “Artsax”ın “müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi. 

7. Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim haqqında müqaviləyə imza atdı.

Noyabrın 8-i Azərbaycan xalqı Zəfər Gününü qeyd edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin