Azərbaycan Gənclər Parlamenti yaradılır - FOTO

Hazırda oxunan: Azərbaycan Gənclər Parlamenti yaradılır - FOTO

44203

Milli Məclis və Azərbaycan Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb.

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib.
 

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilmiş Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb.


O, qeyd edib ki, fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin social-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacaq.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov nitqində bildirib ki, Azərbaycan Gənclər Parlamenti uzun illərdir ölkəmizdə müzakirə olunan layihələrdən biri idi:

“Hazırda bu layihənin uğurlu olmasının səbəbi Milli Məclis tərəfindən tanınmasıdır. Layihənin əsas məqsədləri gənclərin Milli Məclisin fəaliyyətinə cəlb olunmasıdır. Azərbaycan Gənclər Parlamentində 30 gəncin təmsil olunması nəzərdə tutulur. Belə ki, 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfər, Bakı iqtisadi regionundan isə 4 nəfər nəzərdə tutulur”.
 

Tədbirdə iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları Şahin İsmayılov, Nigar Arpadarai, Kamal Cəfərov, Ramin Məmmədov, Emin Hacıyev çıxışlarında Azərbaycan Gənclər Parlamentinə uğurlar arzulayıblar.


Bu layihənin gənclərin siyasətə cəlb olunması üçün yaxşı imkan yaradacağına ümid etdiklərini diqqətə çatdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin