“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün pulunun bir hissəsini xərcləməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, milyarder bu barədə “Twitter” hesabında yazıb.
"Əgər Ümumdünya Ərzaq Proqramı bu tvit halqasında 6 milyard ABŞ dollarının dünyanın aclıq problemini necə həll edə biləcəyini izah edə bilsə, mən indi “Tesla”nın səhmlərini satmağa və onu həll etməyə hazıram. Lakin maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun necə xərcləndiyini görə bilsin”, - deyə Mask bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Tesla”nın səhmlərində yeni rekord qeydə alındı
Daha əvvəl Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı faciələrin qarşısını alması üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırıb. CNN telekanalı isə insanların aclıqdan xilas olması üçün Maskın sərvətinin cəmi 2%-i lazım olduğunu demişdi.
Qeyd edək ki, hazırda dünya tarixinin ən varlı adamı sayılan Maskın sərvəti 289 milyard ABŞ dollarına çatır. “Forbes” ötən həftə İlon Maskı tarixin ən varlı adamı elan edib.
Bizim.Media