Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin dördüncü turunun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, bu mərhələdə şahmatçılarımız Rauf Məmmədov Fide təmsilçisi Vladislav Kovalyov, Nicat Abasov avstraliyalı Temur Kuybokarov, Vasif Durarbəyli özbəkistanlı Cavoxir Sindarov, Aydın Süleymanlı serbiyalı Luka Budisavljevic ilə heç-heçə ediblər.
Qeyd edək ki, 4 turun nəticəsinə görə R.Məmmədov, N.Abasov 2, V.Durarbəyli 1,5 xal toplayıb. A.Süleymanlının aktivində isə 0,5 xal var.
İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:11 / 31.10.2021
Şahmatçılarımızdan 4 heç-heçə
Hazırda oxunan: Şahmatçılarımızdan 4 heç-heçə
Hazırda oxunan: Şahmatçılarımızdan 4 heç-heçə
44052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.