Hər səhər limonlu su içdikdə nə olur?

Hazırda oxunan: Hər səhər limonlu su içdikdə nə olur?

44013

Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır.

Bizim.Media xəbər verir ki, səhərlər limonlu suyun faydalarını təqdim edir:

1. İmmun sistemi gücləndirir

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

2. Günə başlamaq üçün mineral enerjisi verir

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

3. Mikrobları yuyur

Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır.
Səhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.

4. Ödü aktivləşdirir

Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimulə etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır.

5. Böyrəkləri təmizləyir

Gecədən böyrəklər işləyir, sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan olan-qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir. Çünki limon sidikqovucudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin