Ərdoğanı G-20 Sammitində İtaliyanın Baş naziri qarşıladı - FOTO

Hazırda oxunan: Ərdoğanı G-20 Sammitində İtaliyanın Baş naziri qarşıladı - FOTO

43955

Prezident Rəcəb Tayyib Ərdoğan G20 Liderlərinin Zirvə toplantısında iştirak etmək üçün gəldiyi İtaliyanın paytaxtı Romada Baş nazir Mario Draqi tərəfindən qarşılanıb.

Bizim.Media “sabah.com.tr” nəşrinə istinadən xəbər verir ki, Prezident Ərdoğan “Qlobal iqtisadiyyat və Qlobal sağlamlıq” və “Daha yaxşı sağlamlıq üçün KOBİ-lərə və Qadınların sahib olduğu müəssisələrə dəstək” mövzulu sessiyalara qatılacaq.

Ərdoğan, həmçinin liderlərlə ikitərəfli görüşlər keçirəcək, İtaliyanın baş naziri Mario Draqinin ev sahibliyi edəcəyi mədəni tədbirdə iştirak edəcək, İtaliya prezidenti Sergio Mattarellanın liderlərin şərəfinə təşkil edəcəyi şam yeməyinə qatılacaq.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Lütfi Elvan, Prezident Aparatının kommunikasiya direktoru Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da Romaya gəliblər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin