"Bizim tədrisin məzmunu ilə bağlı müzakirələrə ehtiyacımız var" - Emin Əmrullayev

Hazırda oxunan: "Bizim tədrisin məzmunu ilə bağlı müzakirələrə ehtiyacımız var" - Emin Əmrullayev

4393

"Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repititor yanına göndərirlər. Bəlkə də uşaq özü boş qalsa daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır".

Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şagirlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

"Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin