Yücəl Karauz: ''Türkdilli dövlətlər Pakistandan örnək götürsün'' - EKSKLÜZİV

Hazırda oxunan: Yücəl Karauz: ''Türkdilli dövlətlər Pakistandan örnək götürsün'' - EKSKLÜZİV

4382

“Müharibə başlayanda mən demişdim ki, heç kim Azərbaycanın səbr və necə qərarlı olduğunu sınamasın. Çünki Azərbaycanın səbri ilə oynadığınız təqdirdə bunun nəticələrinə qatlanmağa məcbur qalacaqsınız”.

Bu fikirləri Türkiyəli general Yücəl Karauz dekabrın 8-də Azərbaycanın Zəfər bayramı münasibəti ilə təşkil edəcəyi hərbi parada dair verdiyimiz suala cavab verərkən söylədi.

General, hərbi parad bir dövlətin ordu quruculuğu gücünü göstərir, dedi:

"Hərbi parad önəmli tədbirlərdən hesab olunur. Onsuz da son mühüribə Azərbaycan ordusunun gücünü nümayiş etdirdi, lakin parad vasitəsilə hər kəs rəsmi Bakının hansı müasir silah-sursat və texnikalara sahib olduğunu bir daha biləcək. Bununla da bütün dövlətlər Azərbaycanın gücündən agah olacaq".

Çıxışına nümunə kimi Ermənistanın aldığı ağır məğlubiyyəti göstərən general, İrəvanın itkilərindən də danışdı:

"Ermənilər ümumən hərbi maşınlarının 100-də 65-ni, insan gücünün hardasa 100-də 30 faizini itirdi və təslim oldu. Ermənistan elə haldadır ki, heç 10-15 ilə də normal həyatlarına qayıda və güc toplaya bilməyəcəklər. Əlbəttə ki, burada düzgün silahlanma siyasətinin də əhəmiyyəti var. Və biz bunu Azərbaycanın igid və müasir ordusunda gördük".

Azərbaycan silahlı qüvvələri ilə fəxr etdiyini deyən Türkiyəli general, Azərbaycanın həqiqət savaşına Türkdilli dövlətlərdən gələn reaksiya və dəstəyin ləngiməsindən də söz açdı:

"Türkdilli dövlətlər, yaxud qardaşlarımız olaya bir az reaksiya verməkdə gecikdilər. Bu isə həmin ölkələrin mövcud daxili siyasi balansı və yer aldıqları təşkilat, müqavilələrlə bağlıdır. Məsələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi və s. Bu məqamlara görə bir az çəkinsələr də, sonradan Azərbaycanın ərazi bütövlüyü və haqlı davasına dəstək oldular. Əslində bunu ilk gün etməliydilər, ən azından Pakistandan örnək götürə bilərdilər".

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin