BMT-nin Baş katibindən dünya ölkələrinə ÇAĞIRIŞ

Hazırda oxunan: BMT-nin Baş katibindən dünya ölkələrinə ÇAĞIRIŞ

43796

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə bağlı dünya ölkələrinə çağırış edib.

Bizim.Media xəbər verir ki, çağırışda deyilir:

"İqlim böhranı bəşəriyyət üçün həyəcan siqnalıdır. Dünya liderləri tezliklə Qlazqo şəhərində COP26 kimi tanınan BMT-nin İqlim Konfransında böyük sınaqdan keçəcəklər. Onların hərəkəti - və ya hərəkətsizliyi - planetimizdəki fövqəladə vəziyyətin həlli ilə bağlı nə qədər ciddi olduqlarını göstərəcək. 

Təhlükə əlamətlərini gözdən qaçırmaq mümkünsüzdür: hər yerdə temperatur daha yüksək həddə çatır; biomüxtəliflik azalır; okeanlar istiləşir, turşlaşır və plastik tullantılarla boğulur. Temperaturun bu həddə çatmasına görə planetimizin böyük əraziləri əsrin sonuna kimi bəşəriyyət üçün ölü zonalara çevriləcək.

Mötəbər tibb jurnalı “The Lancet” iqlim dəyişikliyini gələcək illərdə "insan sağlamlığını təyin edən faktor" kimi təsvir edib. Jurnalın qənaətinə görə, iqlim dəyişikliyi aclıq, tənəffüs xəstəlikləri, ölümcül fəlakətlərin geniş yayılmasına, eləcə də COVID-dən daha pis ola biləcək yoluxucu xəstəliklərin yaranmasına səbəb olacaq.

Həyəcan təbilinin çalınmasına baxmayaraq, BMT-nin son hesabatlarında hökumətlərin indiyə kimi atdığı addımların ehtiyaclara uyğun olmadığına dair yeni sübutlar görürük.
 

İqlim uğrunda mübarizə ilə bağlı yeni fəaliyyətlər mühüm əhəmiyyət daşıyır və bizi sevindirir. Lakin buna baxmayaraq, dünyamız qlobal temperaturun fəlakət vəd edən 2 dərəcə selsidən çox yüksəlməsinə doğru gedir.


Bu, dünyanın Paris Sazişinə əsasən razılaşdığı 1,5 dərəcə hədəfindən çox uzaqdır. Alimlər bu hədəfin dünyamızın dayanıqlı gələcəyi üçün yeganə yol olduğunu deyirlər.

Bu hədəfə nail olmaq mümkündür.

Bütün ölkələr dərk etməlidir ki, köhnə, karbon yandıran inkişaf modeli onların iqtisadiyyatları və planetimiz üçün ölüm hökmüdür. Nə qədər ki gec deyil, dünya liderləri Qlazqoda bununla ciddi məşğul olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin