Dünyanın ən məşhur “taksi sürücüsü” Türkiyədə 20 dəqiqə taksi gözlədi  - FOTO

Hazırda oxunan: Dünyanın ən məşhur “taksi sürücüsü” Türkiyədə 20 dəqiqə taksi gözlədi  - FOTO

43793

Fransanın məşhur "Taksi" filminin baş rol ifaçısı Sami Naseri Türkiyədə taksisiz qalıb. Tanınmış aktyor İstanbulda taksi dayanacağında maşın tapa bilməyib və təqribən 20 dəqiqə gözləməli olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu müddət ərzində onu tanıyan pərəstişkarları ilə də çoxlu şəkillər çəkdirib.

O, həmçinin taksilərdən birinin sükanı arxasına keçib və İstanbul küçələrində sürüb.

60 yaşlı aktyor səfərlə bağlı təəssüratlarını DHA ilə bölüşüb. Onun sözlərinə görə, Türkiyəyə 15 gün əvvəl tətil məqsədi ilə gəlib. Bu gün isə İstanbula dəvət edilib.

"Mənə tarixi yerləri gəzdirdilər. Osmanlıdan Atatürkə qədər tarixi əsər və hadisələr haqqında məlumatlar verdilər", - deyə o bildirib.

O, tarixə çox marağı olan biri kimi, Türkiyədə olmağı heyrətamiz bir hiss adlandırıb.

"Türklər məni küçədə görəndə tanıyırlar, amma gəlib danışmağa utanırlar. Mən bunun belə olduğunu başa düşəndə yaxınlaşıb özüm salamlaşıram. Onlar mənimlə söhbət edirlər. Belə bir heyrətamiz şəhərdə, turistlərin çox ziyarət etdiyi bir yerdə taksinin problem olması çox kədərlidir", - deyə o, bildirib.

Fransalı aktyor gəzdiyi və film üçün getdiyi şəhərlərdə avtomobil sürməyi sevdiyini bildirib.

"Nəqliyyatın sıx olan şəhərlərdə avtomobil sürmüşəm, ona görə İstanbulda çətinlik çəkmədim. Moskva və ya Paris tıxaclarını görsəniz, saçlarınızı yolarsınız. Orada vəziyyət daha pisdir", - deyə Naseri bildirib.

"Əgər aktyor olmasaydınız, Türkiyədə taksi sürücüsü olardınızmı" sualına isə o, "yox" cavabı verib.

"Burada taksi sürücüsü olmaq istəməzdim, çünki nəqliyyatı çox qarışıqdır", - deyə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin