İraqdan Azərbaycana gətirilən uşaqların 21-i xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: İraqdan Azərbaycana gətirilən uşaqların 21-i xəstəxanaya yerləşdirildi

0:00
0:00
43784

İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib.

Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.

Qeyd olunub ki, ölkəmizə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial isçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.
 

Sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edilikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Sonrakı mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək, yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.


Azərbaycan Hökuməti tərəfindən bu vaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da Sosial Xidmətlər Agentliyi ehtiyaclarına uyğun sosial-psixoloji reabilitasiya proqramı tərtib edilməklə sosial işlər aparıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin