Erməni deputatın ETİRAFI: “Zəngəzurdan Naxçıvana yol açılacaq”

Hazırda oxunan: Erməni deputatın ETİRAFI: “Zəngəzurdan Naxçıvana yol açılacaq”

43762

Ermənistan parlamentinin “Vətəndaşi müqaviləsi” fraksiyasının üzvü Qaqik Melkonyan yaxın vaxtlarda Moskvada rəsmi görüşlərin planlaşdırılmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Joxovurd” qəzeti yayıb.

“Ümumiyyətlə, görüşlərə gəlincə, onlar olmalıdır, çünki sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlər var”, deyə o vurğulayıb. 

Deputat qeyd edib ki, Azərbaycan Naxçıvana Ermənistan ərazisindən yol alacaq:

“Biz buna yol deyirik, onlar dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da belə imkan əldə edəcək və Naxçıvana yolları olacaq”.

Qəzetin yazdığı kimi, Ermənistan hökuməti Naxçıvana açılacaq bu yola nəzarət edəcəyinə əmin deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin