Sentyabrda nə qədər bahalaşma olub? – RƏSMİ

Hazırda oxunan: Sentyabrda nə qədər bahalaşma olub? – RƏSMİ

43760

Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak qiymətlərində 1,8 faiz artım olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin sentyabrı ilə müqayisədə isə qiymət artımı 8,5 faiz təşkil edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tikinti materiallarının istehsalı 72 faiz artıb


2021-ci ilin yanvar-sentyabr aylarının 2020-ci ilin müvafiq dövrü ilə müqayisəsində qiymət indeksi 105,2 faiz təşkil edib.

Sentyabrda avqustla müqayisədə nəqliyyat xidmətlərinin qiyməti 0,8 faiz azalıb, poçt və kuryer xidmətlərinin, eləcə də rabitə xidmətlərinin qiymətləri dəyişməyib.

Lakin ötən ilin sentyabrı ilə müqayisədə nəqliyyat xidmətləri 6,1 faiz,  poçt və kuryer xidmətlərinin 1,8 faiz artıb. Rabitə xidmətlərinin qiymət indeksi isə dəyişməyib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin