İşğaldan azad edilən Suqovşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb.
Bizim.Media xəbərinə görə ki, bu barədə «Azərenerji» ASC-dən məlumat verilib.
Bildirilib ki, hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək.
Azərenerji Suqovuşan elektrik stansiyasının yeni videogörüntülərini də yayıb.
Həmin kadrları sizə təqdim edirik:
Bizim.Media