“Bu qüvvələr darmadağın edilmiş erməni ordusunun qalıqlarından bir neçə dəfə çoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, azad edilmiş bölgələrə qayıdanların təhlükəsizliyinə zəmanət verilir. Azad edilmiş bölgələrdə Türkiyə hərbçilərinin patrul xidməti aparmalarına hərbi ehtiyac yoxdur.
Bu vəziyyətdə Türkiyə silahlı qüvvələrinin siyasi mövcudluğu amili onların müşahidə missiyasında iştirakı ilə və Türkiyə silahlı qüvvələrinin müşavirlərinin və Hərbi Hava Qüvvələrinin (F16) Gəncədə mövcudluğu ilə təmin edilir. Türkiyənin Azərbaycana siyasi dəstəyi dəfələrlə ən yüksək səviyyədə elan edilib. Türkiyənin baş verən hadisələrdə iştirakı Rusiya Federasiyası ilə razılaşmanın nəticəsi oldu ki, bu da yüksək səviyyədə qarşılıqlı əlaqənin göstəricisi və qələbəmizin əsas amillərindən biridir”.
“Millət vəkili Rasim Musabəyova qarşı çirkli, eyni zamanda uzaq hədəfləri olan təbliğat kampaniyası başladılıb və bu səbəbdən də mövqeyimi əks etdirən bir neçə tezisi qeyd etməyi lazım bilirəm”.
Bu sözləri sabiq Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.
Onun sözlərinə görə, münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin hər birinin heyəti təxminən 25-30 min nəfərlik 4-5 korpusu, həmçinin Daxili İşlər Nazirliyinin və Sərhəd Mühafizəsinin bölmələri yerləşdirilib, Naxçıvanda hərbi qruplaşdırılma mövcuddur:
Sabiq nazir əlavə edib ki, ermənilərdən başqa bu əməkdaşlığın əleyhdarları həmçinin bir sıra Qərb ölkələridir ki, onlar Türkiyə və Rusiyanın mövqelərindəki mövcud fikir ayrılıqlarını qəsdən şişirdərək bu əməkdaşlığı pozacaqlarına ümid edirlər:
“Bununla da türk hərbçilərinin təmas xəttində yerləşdirilməsi hər cür təxribatların törədilməsinə şərait yaradır. Ümumiyyətlə, Türkiyə hərbçilərinin Azərbaycan hərbçiləri ilə birlikdə münaqişənin Rusiya və Ermənistan iştirakçıları ilə üzbəüz yerləşdirilməsi fikri psixoloji baxımından qarşıdurma hissi və məhz bu konfiqurasiyaya uyğun olaraq soyuqluğun yaranmasına şərait yaradır. Bu isə bizim maraqlara cavab vermir.
Qazandığımız qələbə, digər məsələlərlə yanaşı, iki əsas xarici siyasət amilinin - Türkiyənin qətiyyətli dəstəyinin və Azərbaycanla Rusiya arasındakı münasibətlərin müsbət inkişafı fonunda Rusiya ilə Ermənistan arasındakı münasibətlərin pisləşməsinin nəticəsidir. Ona görə yuxarıda göstərilən meyilləri hərtərəfli inkişaf etdirməliyik. Beləliklə, bu gün səslənən populist çağırışlar ya xroniki axmaqlığın, ya da yuxarıda göstərilən siyasi meyilləri sevməyən xarici müştəriləri məmnun etmək istəyinin nəticəsidir”. (cebhe.info)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:01 / 05.12.2020
Zülfüqarovdan Musabəyova dəstək: ''Türkiyə hərbçilərinin gəlməyini istəyənlər ''xroniki axmaq''dır''
Hazırda oxunan: Zülfüqarovdan Musabəyova dəstək: ''Türkiyə hərbçilərinin gəlməyini istəyənlər ''xroniki axmaq''dır''
Hazırda oxunan: Zülfüqarovdan Musabəyova dəstək: ''Türkiyə hərbçilərinin gəlməyini istəyənlər ''xroniki axmaq''dır''
4369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.