İntihara cəhd edən şəhid anası xəstəxanadan evə BURAXILIB – Özündən AÇIQLAMA

Hazırda oxunan: İntihara cəhd edən şəhid anası xəstəxanadan evə BURAXILIB – Özündən AÇIQLAMA

43675

İki gün əvvəl qayğısızlıqdan intihara cəhd edən şəhid anası Vüsalə Məmmədova müalicə aldığı xəstəxanadan evə buraxılıb. 

Bu barədə Bizim.Media-ya Vüsalə Məmmədovanın özü məlumat verib.

Dediyinə görə barəsində mətbuatda yer alan əsassız məlumatlardan təngə gəldiyi üçün həkimlərdən evə buraxılmasını istəyib.

Səhhətində isə hələ də narahatlıq qalmaqdadır “Ağzımdan iki kəlmə alıb məni bütün Azərbaycanla bir ediblər. Sosial işçiyəm deyib, məni danışdırır, səsimi yazır, sonra da oğlumun adından istifadə edirlər. Demək ki, reytinq üçün yada düşürəm.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə intihara cəhd edən şəhid anası danışdı – “Məsələ heç də…” - FOTO


Bunu edincə, o qədər şəhid ailələri var ki, pis vəziyyətdə yaşayır. Onlarla maraqlansınlar, qayğılarına qalsınlar.

Mən bilirsiz nə vəziyyətdəyəm? Hərə bir böhtan, şər yaxıb gedir...Utansınlar... Şəhidin anası o həddə gəlməsəydi, bu addımı atmazdı. Kaş ki, öləydim, amma bunları görməzdim”, deyə Vüsalə Məmmədova əlavə edib. 

Xatırladaq ki, Vüsalə Məmmədova 2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhadətə yüksələn Sahib Azər oğlu Həsənovun anasıdır.

O, iki gün əvvəl 20-dən artıq dərman qəbul edərək canına qıymaq istəyib. Səbəb isə 1 ilə yaxındır Gəncə şəhər icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi ilə əlaqələndirilir. Vüsalə Məmmədova Akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında müalicə alırdı.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin