2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq məhsul satılıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 16 milyard 406,3 milyon manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13 milyard 943,8 milyon manat isə qeyri-ərzaq mallarının payına düşüb.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 336,8 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 24,2 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.
Xatirə, Bizim.Media