Bu gün Xaçmaz şəhərində Vətən Müharibəsi şəhidi Şöhrət Cəlilovun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü qeyd edilib.
Bizim.Media xəbər verir ki, 23 yaşlı şəhidin Xaçmaz şəhər qəbristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Ailə üzvlərinin, keçmiş döyüşçülərin, hərbçilərin, qazilərin, ictimaiyyət nümayəndələrinin və Xaçmaz İH əməkdaşlarının qatıldığı anım mərasimində Şöhrət Cəlilovun Xocavənd, Füzuli və Cəbrayılda gedən döyüşlərdə könüllü iştirak etdiyi, Xocavənddə şəhid olduğu vurğulanıb.
Ötən ilin bu günü Xaçmazda dəfn edilən Şöhrət Cəlilov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media