Azərbaycan 2 ölkəyə məhdudiyyət qoydu - SƏBƏB 

Hazırda oxunan: Azərbaycan 2 ölkəyə məhdudiyyət qoydu - SƏBƏB 

43593

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Namibiya Respublikasının Zambezi regionunda dabaq xəstəliyi, Estoniya Respublikasının Tartumaa inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Yararsız məhsulları məhv edilən şirkətlərin SİYAHISI açıqlandı - FOTO


Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Namibiya Respublikasının Zambezi regionundan diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, o cümlədən transit daşınmasına, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Tartumaa inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. 

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Namibiya Respublikasından və Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin