Yaponiya səfiri Qusarı gəzdi - FOTO

Hazırda oxunan: Yaponiya səfiri Qusarı gəzdi - FOTO

43543

Yaponiyanın ölkəmizdəki səfiri Vada Ciniçi bu gün Qusar rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, səfir əvvəlcə Qusar İH başçısı Şair Alxasovla görüşüb, birgə fikir mübadiləsi aparılıb. 

Düztahir kəndinə gedən yaponiyalı diplomat burada Yaponiya hökumətinin "İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı"çərçivəsində inşa edilmiş tibb məntəqəsinə baxış keçirib. 

Yaponiya səfiri Vada Ciniçi daha sonra Qalacaq kəndində yerləşən "METAK" MMC-yə məxsus bağ sahələri, soyuducu qurğu və tara istehsalı müəssisəsi ilə tanış olub, iş adamları ilə görüşüb.

Aytəkin Alxaslı, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin