Eduard Məmmədov: “Duyğular qarışır - Qələbə və şəhid üzüntüsü”

Hazırda oxunan: Eduard Məmmədov: “Duyğular qarışır - Qələbə və şəhid üzüntüsü”

4353

“Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Bu mənada duyğular bir-birinə qarışır. Qələbə sevinci və şəhid üzüntüsü”.

Bizim.Media xəbər verir ki, bu fifkirləri  “Ağ canavar” ləqəbli peşəkar kikboksçu, polis polkovnik leyenant Eduard Məmmədov səsləndirib.

Peşəkar idmançı  heç kimin qanın yerdə qalmadığını, qisasın alındığını deyib.

“İllərdir davam edən Qarabağ həsrəti bitdi. Sonunda haqq öz yolunu tapdı. Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörənliyi və mükəmməl siyasəti nəticəsində, illərdir işğal altında olan torpaqlarımız geri döndü. Təəssüf ki, ikisiz və rahat qələbə olmur”.

E.Məmmədov Şəhid analarının qarşısında baş əydiyini və onların haqqlarının ödənilməz olduğunu vurğulayıb:

“Döyüşən əsgərlərlə yanaşı,  xain düşmənlərin mülki əhaliyə qarşı törətdiyi vəhşilik nəticəsində həyatını itirən günahsız insanlara  Allahdan rəhmət və yaxınlarına səbr diləyirəm. Onlar, şəhidlik kimi yüksək zirvəyə ucaldılar. Bu qələbəni onlara borcluyuq”-deyə Eduard Məmmədov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin