Bahalaşmanın SƏBƏBİ – “Azərbaycanda istehsalçıdan çox qazanmaq istəyirlər” - EKSPERT

Hazırda oxunan: Bahalaşmanın SƏBƏBİ – “Azərbaycanda istehsalçıdan çox qazanmaq istəyirlər” - EKSPERT

43515

Məlumata görə, ölkəyə gətirilən avtomobil və telefonların qeydiyyat rüsumları artırılacaq. Bununla bağlı "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik ediləcək.

Xəbərə görə, Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq. Dəyişiklik baş verərsə, bunun ölkəmizdə adıçəkilən məhsulların qiymət artımına yol açacağı şübhəsizdir. 

Məsələyə münasibət bildirən iqtisadçı alim Nazim Bəydəmirli rüsumların artırılmasını doğru hesab etmədiyini bildirib.

O, Bizim.Media-ya açıqlamasında deyib ki, heç indi də avtomobil və telefonların qeydiyyat rüsumları aşağı deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana avtomobil gətirənlər üçün pis xəbər: Rüsum artırılır


“Ümumiyyətlə son illər ərzində dövlət xidmətlərinin tarifləri artırılır. Bu cür artımlar məhsulun maya dəyərinin şişməsinə səbəb olur ki, istehlakçı da artan qiymətlərdən əziyyət çəkir. Bu cür fiksal siyasət doğru deyil. Hətta “ASAN Xidmət”də göstərilən xidmətlərin dəyəri də yüksəkdir. 

200 dollar qiyməti olan telefona 150-200 manatlıq rüsum tətbiq etmək nə dərəcədə doğrudur? Digər tərəfdən isə elektron ticarətə məhdudiyyətlər qoyulur ki, vətəndaşlar bundan da yetərli səviyyədə yararlana bilmir. Bu cür yanaşma əhalinin xərclərini artırmaqla təbəqələşməni sürətləndirir və ölkədə zəncirvari bahalaşma gedir”.

İqtisadçı bildirir ki, qeydiyyat rüsumlarının artırılmasının daxili istehsalın stimullaşdırması ilə də heç bir əlaqəsi yoxdur: 

“Ölkədə nə telefon, nə də avtomobil istehsalı var. Bu halda niyə görə qeydiyyat rüsumları artırılmalıdır? Problem ondadır ki, bəzi qurumlar Azərbaycanda istehsalçıdan çox qazanmaq istəyir”.

Xatirə Nəsirli, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin