Uşaqlar arasında bu xəstəliklər artdı - TƏHLÜKƏ 

Hazırda oxunan: Uşaqlar arasında bu xəstəliklər artdı - TƏHLÜKƏ 

43514

Son 10 ildə uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin sayı artıb. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "Instagram" səhifəsində "Uşaqlar və COVİD-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib. 

O bildirib ki, bu, uşaqlara düzgün həyat tərzinin təbliğ edilməməsi və onlarda düzgün qida vərdişinin olmaması ilə bağlıdır: 

"0-13 yaşlı uşaqlar arasında 2013-cü ildə ilk dəfə mədə-bağırsaq sistemi xəstəlikləri 35 min 954 uşaqda aşkar edilmişdisə, 2020-ci ildə bu rəqəm 42 min 490 nəfər olub. Həmçinin, 18 yaşadək uşaqlar arasında 2013-cü ildə bu rəqəm 45 732 nəfər idisə, 2020-ci ildə 57 min 592 nəfər olub. Bundan başqa, 2020-ci ildə endokrin sistem xəstəlikləri isə 18 yaşına qədər uşaqlar arasında 10972 nəfərdə olub". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin