Şəntop: “Fransa parlamentariləri komediya ustaları kimi qəbul edilə bilər”

Hazırda oxunan: Şəntop: “Fransa parlamentariləri komediya ustaları kimi qəbul edilə bilər”

4350

“Ermənistan da daxil olmaqla heç bir dövlətin tanımadığı Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən Fransa parlament nağıllarla yaşayır”.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin spikeri Mustafa Şentop deyib.

“Dövlətin tanınması bu qədər asan proses sayılırsa, dövlətlərin sırasından xaric edilməsi də bu qədər sadə olmalıdır. Fransa Milli Assambleyası ciddi opponent statusunu itirib”, - spiker deyib.

O vurğulayıb ki, Fransanın beynəlxalq aləmdəki hay-küyünə baxmayaraq, Parisin qlobal oyunçu kimi effektivliyi sürətlə azalır.

“Bu, Fransa tərəfinin reallıqdan ayrılmasının nəticəsidir”, - deyə Şentop bildirib.

“Fransa hökumətinin də Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları “müstəqil” adlandıran parlamentarilər yalnız komediya ustası kimi qəbul edilə bilər.

Fransa hakimiyyətini ciddi yanaşmaya çağırırıq, fransız xalqının sağlam düşüncəsinə əminik. Əminik ki, bu absurd qərar ciddi qəbul edilməyəcək”, - Şentop deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin