BMT-dən yeni pandemiya XƏBƏRDARLIĞI – Virus və vaksinlərin NÖVBƏTİ ETAPI

Hazırda oxunan: BMT-dən yeni pandemiya XƏBƏRDARLIĞI – Virus və vaksinlərin NÖVBƏTİ ETAPI

43478

“COVID-19 bəlkə də üzləşdiyimiz son pandemiya deyil”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd olunmaq üçün günün ən münasib vaxtı


COVİD-19 bəlasının nə zaman qurtaracağı hələ məlum olmasa da, bunu müəyyən siyasi-iqtisadi proseslərlə əlaqələndirənlər var. Yəni, böyük güclər istəklərinə çatana qədər pandemiya davam edəcək.

Çünki istər ÜST bəyanatları, istərsə də ölkələrin ölüm və yoluxma statistikalarında sual doğuran məqamlar mövcuddur:

“Necə olur ki, 1 milyard 400 milyon əhalisi olan və koronavirusun ilk peyda olduğu Çində bu vaxta qədər COVİD-19-a görə cəmi 4 min 600 nəfər ölüb. 10 milyonluq Azərbaycanda isə 7 minə qədər insan koronavirus qurbanına çevrilib”.

Hər halda ekspertlərin çoxunun qənaətinə görə, SARS-Cov-2 son 100 ilin tarixə düşəcək yeganə xəstəliyidir. Yeni epidemiya barədə mütəxəssislərin fikri ondan ibarətdir ki, bu, qəfil baş verə bilər. Çünki insanlar hələki yarasaların səbəb olduğu Ebola və koronavirusla qayğılanıblar. Bunlardan əvvəl quş və donuz qripləri də tüğyan edib. Eyni qayda ilə heyvanlardan insanlara keçən virus və qrip növlərinin artımı davam edir. Elə yeni COVİD-19 ştamları da buna sübutdur. Koronavirusun elm üçün tapmçaca qalması səhiyyə texnologiyalarının daha da müasirləşməsinə zərurət yaradır.

Amma tibbin inkişafı həm də yeni virusların yaranmasına da gətirib çıxara bilər. Bunu təsdiqləyən müxtəlif faktorlar var:

1. Əczaçılıq monopoliyası: Dərmanların satılması üçün xəstəliklər olmalı və insanlar yoluxmalıdırlar.

2. Bill Qeyts qəbildən olanların insan sayını azaltmaq açıqlamaları, Afrikanın virus laboratoriyalarını örnək gətirmək olar.

3. Bəzi kiçik dövlətləri böyük güclərin nəzarətinə keçirtmək, müxtəlif “imperiya” modelli böyük dövlətləri parçalamaq da hədəflənir.

4. Dünya yeni savaş dövrünə keçir: Bir ölkəni iqtisadi cəhətdən qapamaq, əhalisinin sayını azaltmağın ən məsrəfsiz və asan yolu orada müxtəlif ölümcül infeksiyaları yaymaqdır. Yəni, bu mərhələyə keçid reallaşsa, raket-bomba, silahlı qoşunlara ehtiyac olmayacaq. 
 

Son yayılan viruslar siçanlardan keçən infeksiyalardır, amma hələki koronavirusun kölgəsində qalıb.


Amma alimləri əsas narahat edən təbii virus ocaqlarından biri məhz gəmiricilərdir. Ağcaqanad və gənələrin dişləməsi də təhklükə mənbəyi sayılır. Hətta inəklər gələcək pandemiyaların başlıca səbəbi ola bilər. 

P.S. Su çiçəyi insana dəvələrdən keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin