Ceyhun Bayramov Bərdə terrorundan yazdı - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov Bərdə terrorundan yazdı - FOTO 

43441

2020-ci il oktyabrın 27-də düşmən hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən Bərdə rayonunun Qarayusifli kəndi “Smerç” raketlərinə məruz qalıb. 

Bizim.Media xəbər verir ki, hadisə barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” səhifəsində yazıb. 

“2020-ci il oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayan dinc əhaliyə qarşı xaincəsinə raket hücumları edilmiş, azərbaycanlı mülki əhali qətlə yetirilmişdir. Faciə qurbanlarını dərin hüznlə yad edirik! Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir!” – deyə XİN rəhbərinin paylaşımında deyilir. 

Xatırladaq ki, hadisə nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər yaralanıb. 

Raket hücumu nəticəsində bir neçə yaşayış evi tamamilə dağıdılıb, sakinlərə ciddi ziyan dəyib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin