Bakıda 24 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Paşayeva Pakizə Ələddin qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media