ABŞ Senatı Ceff Fleyki Türkiyədəki səfiri vəzifəsinə təsdiq edib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Arizona ştatının keçmiş respublikaçı deputatı Fleyk yaxın vaxtlarda ABŞ-ın Türkiyədəki hazırkı səfiri Devid Satterfildi əvəz edəcək.
Fleyk keçən ilki Ağ Evdəki yarışda Baydenin Respublikaçılar partiyasından əsas müttəfiqi olub və o zamankı Demokrat namizədi dəstəkləyib.
Fleyk, həmçinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində və Senatın Xarici Əlaqələr Komitəsində çalışıb.
Bizim.Media