Ata Abdullayevə məhkəmədə sərt cavab: “Allah elməsin sənin kimi qardaşım olsun”

Hazırda oxunan: Ata Abdullayevə məhkəmədə sərt cavab: “Allah elməsin sənin kimi qardaşım olsun”

43385

Özünü bloger kimi təqdim edən Ata Abdullayevin məhkəmə prosesi davam edir.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə zərərçəkmişlər dindirilib.

Zərərçəkmiş Elçin Əliyev tikinti ilə məşğul olduğunu, Ata Abdullayevin ondan qanunsuz tikinti apardığını iddia edərək 15 min tələb etdiyini söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ata Abdullayev məhkəmədə ağladı  


“Dedi ki, ya 15 min manat verəcəksən, ya da sosial şəbəkədə səni biabır edəcəm”.

A.Abdullayev zərərçəkmişi tanımadığını söyləyib. 

Digər zərərçəkmiş Cəmil Babayev də məhkəmədə ifadə verib.

O bildirib ki, Ata Abdullayev onu ağacları qanunsuz olaraq kəsməkdə ittiham edərək ondan pul istəyib:

“Külək Yasamal rayonunda ağacı aşırmışdı. Aidiyyatı qurumlara zəng etdim, səhəri günü gəldilər, ağacı kəsib götürdülər. Həmin vaxt Ata Abdullayev telefonda canlı yayım açaraq mənim haqqımda yersiz ittihamlar səsləndirirdi. Məndən 7 min manat pul istədi”.

Ata Abdullayev isə günahsız olduğunu deyib və zərərçəkmişə “qardaşım” deyə müraciət edib.

“Allah eləməsin, mənim sənin kimi qardaşım olsun”, - deyə zərçəkmiş cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin