Gürcüstanda seçkilərin ikinci turunun başlamasına (30 oktyabr) az qalıb. I turda qalib gəlmiş iqtidar nümayəndələrinin ikinci turda hansı nəticə göstərəcəyi və Saakaşvilinin səhhəti, onun azadlığa buraxılıb-buraxılmayacağı regionun əsas müzakirə predmetlərindəndir.
Bizim.Media mövzu ilə bağlı gürcü politoloq, Ekspertlər Klbunun üzvü Gia Xuxaşvili ilə əlaqə saxladı.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilinin son durumu NECƏDİR? - Politoloq Gia Xuxaşvilidən AÇIQLAMA - ÖZƏL
Xuxaşvili cavabının əvvəlində bildirdi ki, Gürcüstanda vəziyyət gərgindir:
“Hökumət cüzi səfərbərlik üstünlüklərinə malikdir. Amma çox subyektiv və proqnozlaşdırılmayan faktorlar da var. Yaxın günlərdə Saakaşvilinin səhhətinin necə olması da bu siyahıdadır”.
Ekspertin sözlərinə görə 30 oktyabrda Gürcüstanda nə baş verəcəyini indi heç kim deyə bilməz. Hakimiyyət narahatdır, müxalifət isə bu seçkidə iradəsini ortaya qoya bilməsə, daha bir neçə il gözləməli olacaq...
Bizim.Media