Kipr erməniləri Paşinyanın “deputatlarına” kimliklərini sərt şəkildə xatırladıblar.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər ermənilərə məxsus Telegram kanalında yer alıb.
Mənbə yazır ki, bu dəfə təhqir edilən deputat Babken Tunyan olub.
“Satqınlar, torpaqlarımızı verənlər, gedin buradan”. Tunyanın ünvanına deyilən söyüşlərdən ən abırlısı bunlardır.
Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da analoji təhqirlə üz-üzə qalmışdı.
Bizim.Media