Keçmiş nazir Namiq Abbasov Qurban Məmmədovu ifşa etdi: “O, Rusiya agentidir” - VİDEO

Hazırda oxunan: Keçmiş nazir Namiq Abbasov Qurban Məmmədovu ifşa etdi: “O, Rusiya agentidir” - VİDEO

43217

Avropada mühacir adı ilə məskunlaşaraq Azərbaycan əleyhinə təbliğat aparan Qurban Məmmədovla bağlı video yayılıb.

Bizim.Media xəbər verir ki, sözügedən videoda ləğv edilmiş Milli Təhlükəsizlik (MTN) Nazirliyinin keçmiş rəhbəri Namiq Abbasov bir sıra maraqlı faktlar səsləndirib.

Nazir 1998-ci ildə Milli Məclisdə çıxışı zamanı Qurban Məmmədovun xarici xüsusi xidmət orqanlarının təsiri altında olduğunu, onların ölkəmizə qarşı verdiyi tapşırıqları icra etdiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Məmmədov "blok" əməliyyatına başlayıb – Bu şəxsə cinayət işi niyə qaldırılmır? 


“Azərbaycanda gedən proseslərdə xarici xüsusi xidmət orqanlarının fəaliyyəti bizim diqqətimizdədir. Bu fəaliyyət çox təəssüf ki, müxalifətdə olan partiyalar vasitəsi ilə həyata keçirilir. Bunlar faktsız iddialar deyil.

Bizdə kifayət qədər sübut və dəlil var. Bu yaxınlarda Azərbaycan ictimaiyyəti Qurban Məmmədov və Cəmaləddin Əhmədovun iştirakı ilə törədilən təxribatın ifşasının şahidi oldu. Onların hər ikisi Rusiya xüsusi xidmət orqanlarının agentura şəbəkəsində olmuş adamlardır”, - deyə N.Abbasov vurğulayıb.
 


Qeyd edək ki, bir müddət öncə sosial mediada yayılan səs yazısında Qurban Məmmədov özü də dolayısı ilə xarici kəşfiyyata işlədiyini etiraf edib.
 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin