NATO ilə əməkdaşlıq müzakirə edildi – Baş Qərərgahda görüş

Hazırda oxunan: NATO ilə əməkdaşlıq müzakirə edildi – Baş Qərərgahda görüş

43199

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Baş Qərargah rəisi Vətən müharibəsində əldə edilən qələbədən sonra ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov professorla görüşdə açıqladı – ORDUDA MÜHÜM YENİLİK - FOTO


​​​​​​​General-leytenant K.Vəliyev Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

General-mayor F.Diella ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.

Görüşdə NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin