Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verdiyi barədə xəbər vermişdik. Şəhərin Qırmızıkənd qəsəbəsində qeydə alınan hadisə zamanı 2004-cü il təvəllüdlü Alim İsmayılov tanışı 2006-ci il təvəllüdlü İsmayıl Novruzov tərəfindən bıçaqlanıb. Onun vəziyyəti orta ağırdır.
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş leytenantı Eşqin Qasımovun Bizim.Media-ya verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən azyaşlı saxlanılaraq istintaqa təhvil verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda məktəbli bıçaqlandı
Qeyd edək ki, İ.Novruzov orta məktəbdə təhsil alır.
Cümşüd Məmmədov, Bizim.Media