Həmkarlar İttifaqı koronavirus xəstələrinə yardım edəcəkmi? - AÇIQLAMA

Hazırda oxunan: Həmkarlar İttifaqı koronavirus xəstələrinə yardım edəcəkmi? - AÇIQLAMA

4309

Dövlət işində çalışan və hər ay əmək haqqından həmkarlar təşkilatına vəsait köçürülən şəxslər COVİD-19 xəstəliyinə tutularsa, Həmkarlar İttifaqı Komitəsi tərəfindən 150 manata kimi yardım ala bilər.

Bu məlumat son günlərdə sosial şəbəkə istifadəçiləri tərəfindən gündəmə gətirilib. Hətta, əvvəllər bu məbləğin 300 manat olduğu da iddia edilir.

Xəbəri dəqiqləşdirmək üçün  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqə saxladıq.

AHİK-nın hüquq şöbəsindən Bizim.Media-ya verilən məlumat görə, koronovirusa yoluxan və dövlət müəssisəsində çalışan əməkdaşa müavinət ödənilməsi ilə bağlı qurumun qərarı yoxdur.

COVİD-19-a yoluxan şəxsə ödəniş edilməsi həmin dövlət qurumun öz daxili qaydaları ilə tənzimlənən məsələdir. Orada olan həmkarlar təşkilatları müstəqil qurumdur. İstədiyi qərarı verə bilərlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından əlavə olaraq onu da bildirdilər ki, İcraiyyə Komitəsinin pademiya dövründə qəbul etdiyi yeni qərara əsasən, yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımları edilib.

İndiyədək koronavirusla mübarizəyə Azərbaycan həmkarlar ittifaqları tərəfindən ümumilikdə 5 milyon 372 min 588 manaat vəsait xərclənib.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq yardım edib.

O cümlədən, 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları göndərilib.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin