Xəbər verdiyimiz kimi, azərbaycanlı iş adamı Telman İsmayılov Sürix prokurorluğunun çirkli pulların yuyulması ilə bağlı işi bağlamaq qərarı sayəsində Monteneqrodan sığınacaq alıb.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, bunu Mokvadakı “Çerkizovsk” bazarının keçmiş sahibi Telman İsmayılovun vəkili deyib.
MÖVZU İLƏ BAĞLI:
Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istədi
Aydınlaşdırılıb ki, İsmayılova qarşı cinayət işinin bağlanması ilə bağlı İsveçrə prokurorluğunun təqdim etdiyi sənədlər ona Monteneqroda siyasi sığınacaq verilməsində həlledici rol oynayıb.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Monteneqro hakimiyyətinin İsmayılovu ekstradisiya etməkdən imtinasının səbəblərinin izahını tələb edib.
Rusiyada Telman İsmayılov qanunsuz silah alverində günahlandırılır. Məhkəmənin qiyabi həbs qərarından sonra iş adamı və qardaşı Vaqif beynəlxalq axtarışa verilib.
Bizim.Media