2001-ci ildən Bundestaqdakı çıxışından sonra Rusiya lideri Vladimir Putinlə ciddi fikir ayrılığım olub.
Bizim.Media xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel “Süddeutsche Zeitung” qəzetinə açıqlamasında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Merkel Ərdoğanla görüşdən danışdı: “Bir-birimizə inanırıq və...” - FOTO / VİDEO
“Mənə həmişə aydın olub ki... aramızda ciddi fərqlər var. Rusiya prezidenti üçün Sovet İttifaqının dağılması faciəli bir hadisədir. Əksinə, biz soyuq müharibənin sona çatmasının, Almaniya və Avropanın birliyinin sevincini hiss etdik”, - deyə Merkel bildirib.
Ukraynadakı vəziyyətdən danışan Merkel qeyd edib ki, "demək olar ki, Avropa İttifaqının sərhədində belə bir hərbi qarşıdurmanın olacağını düşünməyib”.
Bizim.Media