Ukrayna Polşa Xarici İşlər Nazirliyinə nota göndərib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ukrayna səfiri Andery Deşitsa mlumat verib.
Bildirilib ki, Polşadakı müsəlmanların dini təqvimində Krımdakı məscid şəkillərinin altında yarımadanın Rusiya Federasiyasına aid olması barədə yazı qeyd edilib.
"Cavab olmadığına görə Polşa Xarici İşlər Nazirliyinə mövqeyimizi bildirən bir nota göndərdik”,- deyə səfir əlavə edib.
Diplomatik nümayəndənin sözlərinə görə, səfirlik əvvəlcə təqvimdəki yazının düzəldilməsi tələbi ilə Polşa Müsəlmanlarının Dini Birliyinə müraciət edib:
“Bundan sonra dərnək yazıları elektron versiyada aradan qaldırıb. Lakin biz istəyirik ki, onlar Krımın Ukraynaya məxsus olduğunu bildirsinlər”- Deşitsa vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:26 / 04.12.2020
Ukrayna Krıma görə Polşaya nota göndərdi
Hazırda oxunan: Ukrayna Krıma görə Polşaya nota göndərdi
Hazırda oxunan: Ukrayna Krıma görə Polşaya nota göndərdi
4295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.