Qarabağın inciləri sülhməramlılar tərəfindən daşınır? - İDDİA

Hazırda oxunan: Qarabağın inciləri sülhməramlılar tərəfindən daşınır? - İDDİA

42917

"Bu gün tək Xankəndində deyil, Ermənistanın özündə belə sosial vəziyyət çox ağırdı. Əhalinin rifahı xeyli aşağıdır. Çünki ermənilər Rusiyadan aldıqları dotasiya hesabına dolanırlar. Ölkənin iqtsadiyyatı yox dərəcəsindədir. Hər hansı bir təbii sərvətə malik deyillər. Və bu gün faktiki Ermənistanda əhalinin ümumi sayı 1.5 milyonu keçmir".

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında siyasi şərhçi Niyaməddin Orduxanlı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın inciləri sülhməramlılar tərəfindən daşınır? - İDDİA


Onun fikrincə, ermənilər 44 günlük müharibədən sonra daha ağır duruma düşüblər. Həmçinin də pandemiya Ermənistandakı böhranı dərinləşdirir:

"Qarabağın işğaldan azad olunması səbəbindən 40 000 mindən artıq erməni Ermənistana qacıb. Və bu gün də Xankəndində və ətraf ərazidə  25 000 əhali qalıb. Təbii ki, belə vəziyyətdə Xankəndində sülhməramlılar erməniləri talayırlar. 30 il ermənilər Azərbaycanın ərazilərindən istifadə ediblər. Təsəvvür edin, bizim ərazilərdə taxıl əkirmişlər və bu taxıl Ermənistanın bir illik taxıl ehtiyatının 65% təşkil edirmiş. Həmçinin enerjinin əldə olunması. İndi həmin ərazilərin 94%-i əldən çıxıb. Bu nəinki Xankəndinə, bütövlükdə Ermənistanın büdcəsinə ciddi ziyan vurub". 

Niyaməddin Orduxanlı bildirib ki, Qarabağdakı ermənilər qızıllarını, qiymətli nələri varsa, dəyər-dəyməzinə satmaq məcburiyyətindədirlər.

Bundan başqa Azərbaycana aid incəsənət nümunələri, əntiq əşyalar var ki, onların hamısı ermənilər tərəfindən oraya gələn xaricilərə, rus zabitlərinə satılır və ərazilərimizdən çıxarılır:

"Çünki oradakı ermənilər ciddi nəzarətdədirlər, onların Qarabağdan çıxması komendat nəzarəti altında mümkün deyil, heç nə də keçirib satmaq imkanları yoxdur. Oradakı ermənilər konslager rejimindəki kimi yaşayır və ağır durumdadırlar. Ona görə də son zamanlar oradakı ermənilər arasında sülh müqaviləsini həsrətlə gözləyənlər çoxalıb, istəyirlər ki, tez Azərbaycanın idarəetməsi altına keçməklə adam kimi yaşasınlar".
 

Politoloqun fikrincə, bəzi Qarabağ erməniləri Azərbaycanın nəzarətinə keçmək istəyir ki, evlərini azərbaycanlılara satıb, özləri Bakı vasitəsilə xaricə çıxış əldə etsinlər. Amma ermənilər həm də yaxşı bilir ki, "Azərbaycan çox yüksək iqtisadi duruma malikdir.


Son bir ildə Qarabağ və ətraf rayonlarda görülən böyük quruculuq işlərini də görürlər. Əlbəttə ki, ağır durmda olan və acından ölən ermənilər Azərbaycanın tərkibində yaşamağı da arzulayırlar. Onsuz da ermənilərin başqa yolu yoxdur. Bizim suverenliyimiz çərçivəsində yaşamağa məcburdular".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin