Tural Abbaslı: "İran agentlərinin yerini bilsəm, DTX-ya məlumat verəcəm" - AÇIQLAMA

Hazırda oxunan: Tural Abbaslı: "İran agentlərinin yerini bilsəm, DTX-ya məlumat verəcəm" - AÇIQLAMA

42907

Son günlər Azərbaycan-İran münasibətlərində qarşı tərəfin davranışları səbəbindən gərginlik yaşanır. 

Ağ Partiyanın sədri Tural Abbaslı Bizim.Media-ya müsahibəsində baş verənlərlə bağlı maraqlı açıqlamalar verib. 

Sözügedən müsahibəni təqdim edirik:

Sizin də bir vaxt üzvü olduğunuz Müsavatın nə zamansa İranpərəst mövqedən çıxış etdiyini iddia edənlər var. İllər əvvəl bu haqda mətbuatda da yazılar gedib. Çox zaman İranın hərəkətlərini sükutla qarşılayan Müsavat partiyası bu imicə sahib olub. Hətta buna misal məlum Nardaran hadisələri zamanı Müsavat partiyasının, onun ayrı-ayrı rəhbər üzvlərinin sərgilədiyi münasibət də nümunə gətirilir. 

Bununla bağlı fikirlərinizi almaq istərdik. Ümumiyyətlə indi İran xəfiyyələri əsasən haralarda yuva qurublar?

"Bir daha qeyd edirəm ki, mən digər partiyaların fəaliyyətinə qiymət verməməyə çalışıram. Amma Müsavatla 16 illik tariximiz var. Fəaliyyət göstərdiyim müddətcə Müsavat partiyasının iranmeyilli, yaxud iranpərəst olduğunu görməmişəm" deyən Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Müsavat həmişə özünü qərbyönümlü elan edib.

Bizim.Media-ya özəl açıqlamasında partiya sədri onu da dedi ki, Nardaran hadisələrindəki mövqe dini motivli müdafiə deyildi:

"Nardaran hadisələri olsun, başqa məsələ olsun, orada ədalətli araşdırmaların olmadığını və siyasi motivlərin olduğunu irəli gətirərək demək olar ki, siyasi camiyənin böyük əksəriyyəti onları müdafiə edirdi. Nardaranda İran məsələsindən çox siyasi məsələydi”. 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda İran meyilli saytlar BAĞLANDI - Növbədə Mədəniyyət kanalıdır?


Tural Abbaslının bu cavabı tam bizə aydın olmadığından izaha yəqin ehtiyacı var. İran məsələsi siyasi deyil, bəs nədir? Dini motivlər deyərkən, orada nə nəzərdə tutulur anlaşılmır, amma Nardaran hadisələri ilə konkret çox mətləbin üstü açıldı və həbslər də oldu. Dövlət xəttindən kənar Tehrana işləyən avtobus marşurutu da saxlanıldı, divarlara ərəb əlifbası ilə yazılmış müxtəlif çağırış-şüarlar da silindi. Amma nəysə...

Keçək Tural Abbaslının cavabının davamına:

“İranın agentləri hardadır dedikdə, vallah mən onu bilsəm DTX-ya məlumat verərəm ki, onlar neytrallaşdırılsınlar. Hər halda bu, xüsusi xidmət orqanlarımızın işidir və onlar peşəkar olduğu üçün işlərinin öhdəsindən gələcəklərinə əminəm. Bizim əsas işimiz tək İranın yox, digər dövlətlərin də içimizdə olan casus şəbəkəsini aşkarlayıb, ifşa edib, zərərsizləşdirməkdir. Yəni, hər şey vətən-millət naminə olmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin