Ukrayna prezidentinin ofisində diaspor nümayəndələri ilə görüş olub.
Bizim.Media xəbər verir ki, Ukraynada yaşayan etnik xalqların problemlərinin müzakirə edildiyi toplantının təşkilatçısı və sədri prezidentin Ukrayna müdafiəçilərinin hüquqları üzrə səlahiyyətli müşaviri Alyona Verbitskaya olub.
Təşəbbüs qrupunun üzvləri arasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Məmmədov Ceyhun da olub.
Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavininin müşaviri, Ukrayna Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi üzrə Məşvərət Şurasının rəhbəri Alyona Verbitskaya görüşdə qaldırılan bütün məsələlərin hərtərəfli araşdırılacağını bildirib.
Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Məmmədov toplantı iştirakçılarına təşəkkür edib.
“Son vaxtlar Ukraynada vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu proektlər həyata keçirilir. Bu gün isə biz belə innovativ layihələrdən birinin iştirakçısı olduq”, - deyən Məmmədov hər kəsə uğurlar arzulayıb.
Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb və Ukrayna prezidenti Vladimir Zelenskiyə də müraciət ünvanlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:40 / 23.10.2021
Azərbaycanlı nümayəndə Zelenskinin ofisində nələri müzakirə etdi? - DETALLAR
Hazırda oxunan: Azərbaycanlı nümayəndə Zelenskinin ofisində nələri müzakirə etdi? - DETALLAR
Hazırda oxunan: Azərbaycanlı nümayəndə Zelenskinin ofisində nələri müzakirə etdi? - DETALLAR
42887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.