Polisə yalan məlumat verən şəxsə cinayət işi açıldı - TƏFƏRRÜAT

Hazırda oxunan: Polisə yalan məlumat verən şəxsə cinayət işi açıldı - TƏFƏRRÜAT

42881

Polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini V.Məhərrəmov oktyabrın 22-də saat 3 radələrində Masazır qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobildə olan sərnişinin onu bıçaqla hədələyib 370 manat pulunu almasını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılmış və V.Məhərrəmovun polisə yalan məlumat verməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin