Almaniya kansleri Angela Merkelin at üzərində heykəli ucaldılıb.
Bizim.Media xəbər verir ki, alman rəssam Vilhelm Kohun əsərinin 2022-ci ilin yazına qədər Bavariyadakı Tempel Muzeyinin qarşısında sərgilənəcəyi gözlənilir.
Qeyd edək ki, sənətçi A.Merkeli şalvar kostyumunda at üstündə ayaqyalın təsvir edib.
Həmçinin, müəllif Almaniya kanslerinin məhşur əl hərəkətini də göstərib. Bu, 16 illik hakimiyyəti dövründə A.Merkellə sinonim olmuş bir bədən dilidir.
Atın yəhəri və yüyəni yoxdur. Bundan başqa heykəl podium üzərində deyil. V.Koh hesab edir ki, bununla A.Merkelin təvazökar xarakterini göstərib.
Hekyəl 3D printerdən istifadə edilməklə yüngül betondan hazırlanıb. Onun hündürlüyü
2,70 metrdir.
Vəzifədən getməyə hazırlaşan Almaniya kanslerinin mindiyi at "American Quarter Horse" cinsinə aiddir.
Qeyd edək ki, yerli pivə ustaları heykəlin açılışının şərəfinə özəl pivə də bişiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:12 / 22.10.2021
Merkelin şərəfinə heykəl ucaldıldı, pivə hazırlandı – FOTO
Hazırda oxunan: Merkelin şərəfinə heykəl ucaldıldı, pivə hazırlandı – FOTO
Hazırda oxunan: Merkelin şərəfinə heykəl ucaldıldı, pivə hazırlandı – FOTO
42824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.