Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba rayonunda aşkar edilən naməlum məzarlıqla bağlı Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna ünvanladığı rəsmi məktub artıq çatıb.
Bu barədə Bizim.Media-ya açıqlamasında institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL
Onun sözlərinə görə məsələ artıq müzakirə olunub.
"Qarşıdakı həftənin ilk günlərində Qubanın İkinci Nügədi kəndində aşkar edilən naməlum məzarlığa yerində baş çəkiləcək".
Qəhrəman Ağayev bildirib ki, məhz yerində baxış keçirəndən sonra naməlum insan sümüklərinin hansı dövrə aid olduğu və ölüm səbəblərilə bağlı fikir yürütmək mümkün olacaq.
Qeyd edək ki, Qubanın Nügədi kəndində aşkar edilən insan sümüklərinin 1918-ci ildə Quba qəzasında ermənilərin öldürdüyü dinc insanlara məxsus olması ehtimal edilir. Ehtimallara arxeoloq baxışı aydınlıq gətirəcək.
Aytəkin Alxaslı, Bizim.Media