Mikayıl Cabbarov Dünya İnvestisiya Forumunda ÇIXIŞ ETDİ - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Dünya İnvestisiya Forumunda ÇIXIŞ ETDİ - FOTO

42792

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov VII Dünya İnvestisiya Forumu çərçivəsində onlayn formatda “Davamlı İnvestisiyalar üzrə dəyirmi masa” panel sessiyasında çıxış edib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, o, forumun investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlara töhfə verəcəyinə əminliyini ifadə edib, ölkənin investisiya siyasətinin prioritetləri barədə məlumat verib.  

Tədbirdə COVID-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verilib, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri qeyd olunub.  

İqtisadiyyat naziri Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdığını, qanunvericiliyin, biznes qeydiyyatı, vergi və gömrük sistemlərinin təkmilləşdirildiyini, inzibati prosedurların sadələşdirildiyini diqqətə çatdırıb.  

Forumda Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Koreya, Meksika, Tayland, Misir və digər ölkələrin iqtisadiyyat, sənaye, ticarət və investisiya nazirlərinin yaxın illərdə milli və beynəlxalq investisiya siyasətinin formalaşmasında prioritetlər və davamlı bərpa məqsədilə əsas sektorlara investisiya qoyuluşlarının sürətləndirilməsi barədə çıxışları dinlənilib, müzakirələr aparılıb. 
 

Qeyd edək ki, Dünya İnvestisiya Forumu investisiya siyasətinin hazırlanmasına dəstək göstərmək, biznes və siyasət sahəsində dünya liderləri ilə qarşılıqlı əlaqə üçün imkan yaradan qlobal platformadır. 


2 ildən 1 dəfə keçirilən Dünya İnvestisiya Forumunda 160-a yaxın ölkədən 5000-dən çox investor iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin